...

Azərbaycanın vergilər nazirinin yeni müşaviri təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 13:47 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının (ASMK) keçmiş rəhbəri Ələkbər Məmmədov ölkənin vergilər nazirinin müşaviri təyin olunub. Bu barədə Məmmədov özü Trend-ə bildirib.
Azərbaycanın vergilər nazirinin yeni müşaviri təyin olunub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının (ASMK) keçmiş rəhbəri Ələkbər Məmmədov ölkənin vergilər nazirinin müşaviri təyin olunub. Bu barədə Məmmədov özü Trend-ə bildirib.

Ələkbər Məmmədov ASMK-ya 10 il ərzində, 2010-cu ilədək rəhbərlik edib.

Məmmədovun sözlərinə görə, o artıq vergilər nazirinin beynəlxalq əlaqələr və vergi ödəyicilərinə xidmət üzrə müşaviri vəzifəsinin səlahiyyətlərinin icrasına başlayıb.

"Biz Azərbaycana xarici təcrübənin cəlb edilməsi, eləcə də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahəsində işləri davam etdirəcəyik", - o deyib.

Xəbər lenti

Xəbər lenti