...

Azərbaycanın metallurgiya sənayesi il ərzində təxminən iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2011 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir H.Vəliyev/

Yanvar-avqustda Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatları istehsal edən müəssisələr tərəfindən 176,5 milyon manat məbləğində məhsul istehsal edilib və xidmət göstərilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir.

İl ərzində metallurgiya sənayesində istehsalın həcmi 1,8 dəfə artıb, hazır metal məmulatlarının istehsal həcmi isə 7,8 faiz azalıb.

Səkkiz ayın yekunları üzrə 150 min ton tökmə polad istehsal edilib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 1,9 dəfə çoxdur.

Armatur istehsalının həcmi 117,8 min ton təşkil edib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 31,9 faiz çoxdur. Polad boru 64,5 min ton həcmində istehsal edilib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 2,6 dəfə çoxdur.

Tökmə çuqun istehsalı 2010-cu ilin analoji dövrünə nisbətən 72,8 faiz azalaraq 213,8 ton olub.

Qara metallardan hazırlanan naqil və kanatların istehsal həcmi 346 ton təşkil edib. Bu, 2010-cu ilin analoji dövr göstəricisindən 31,1 faiz çoxdur.

Qara metallardan hazırlanan yarımfabrikatların ixrac həcmi 2011-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən 138,6 min tonu ötüb (63,3,7 milyon dollardan artıq məbləğdə). İl ərzində say artımı 209,6 faiz, qiymət artımı 223,5 təşkil edib.

Yeddi ayın yekunları üzrə qara metallardan hazırlanan boruların ixracı 58,4 min tonu (61,4 milyon dollardan artıq məbləğdə) ötüb ki, bu da 2010-cu ilin müvafiq dövr göstəricisindən 195,1 faiz (pulla ifadədə 261,9 faiz) çoxdur.

Xəbər lenti

Xəbər lenti