...

Azərbaycanda metallurgiya sənayesi 1,8 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2011 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir H.Vəliyev/

Yanvar-sentyabrda Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatları istehsal edən müəssisələri tərəfindən 200,3 milyon manat məbləğində məhsul istehsal edilib və xidmət göstərilib. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-sentyabrda metallurgiya sənayesində istehsalın həcmi 1,8 dəfə artıb, hazır metal məmulatlarının istehsal həcmi isə 5,2 faiz azalıb.

Doqquz ayın yekunları üzrə 157,3 min ton tökmə polad istehsal edilib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 1,8 dəfə çoxdur.

Armatur istehsalının həcmi 130 min ton təşkil edib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 34,1 faiz çoxdur.

Qara metallardan hazırlanan naqil və kanatların istehsal həcmi 370,4 ton təşkil edib. Bu, 2010-cu ilin analoji dövr göstəricisindən 21,4 faiz çoxdur.

Tökmə çuqun istehsalı 267,6 ton təşkil edib ki, bu da 2010-cu ilin analoji dövrünə nisbətən 66 faiz azdır.

Polad boru 73 min ton həcmində istehsal edilib ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 2,4 dəfə çoxdur.

Qara metallardan hazırlanan yarımfabrikatların ixrac həcmi 2011-ci ilin yanvar-avqust aylarının yekunlarına əsasən 152,8 min ton olub (69,6 milyon dollardan artıq məbləğdə) ki, bu da 2010-cu ilin müvafiq dövr göstəricisindən 105,6 faiz (pula çevirdikdə təxminən 103,3 faiz) çoxdur.

Səkkiz ayın yekunları üzrə qara metallardan hazırlanan boruların ixracı 64,7 min tonu (68,2 milyon dollardan artıq məbləğdə) ötüb ki, bu da 2010-cu ilin müvafiq dövr göstəricisindən 137,2 faiz (pulla ifadədə 204,3 faiz) çoxdur.

Xəbər lenti

Xəbər lenti