...

Aİ Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2011 12:52 (UTC +04:00)
Azərbaycan üçün öz iqtisadiyyatının liberallaşdırılmasını və dünya iqtisadiyyatına daha çox inteqrasiya üçün azad bazar münasibətlərinin formalaşdırılmasını davam etdirmək vacibdir.
Aİ Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir S.Ağayeva /

Azərbaycan üçün öz iqtisadiyyatının liberallaşdırılmasını və dünya iqtisadiyyatına daha çox inteqrasiya üçün azad bazar münasibətlərinin formalaşdırılmasını davam etdirmək vacibdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Avropa İttifaqı və Xəzər-Qara dəniz regionu ölkələrinin fövqəladə və səlahiyyətli səfirlərinin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

"Azərbaycan hökuməti artıq bu istiqamətdə zəruri addımlar atıb, lakin bunlar hələlik kifayət deyil. Əlavə tədbirlərin görülməsi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq yolunu qısalda bilərdi", - Kobia deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı hökumətin bu istiqamətdəki bütün səylərini dəstəkləməyə hazırdır, çünki Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Kobia Aİ-nin Azərbaycanla viza rejiminin sadələşdirilməsi və assosiasiyalar haqqında sazişi imzalamağa hazır olmasını bu marağın göstəricisi hesab edib.

"Assosiativ sazişin imzalanması Aİ ilə Azərbaycan arasında əməkdaşlığın güclənməsinə çox kömək edə bilər", - səfir deyib.

Yeni saziş qüvvəyə minənədək Azərbaycan Aİ ilə əməkdaşlığı 1996-cı ildə imzalanan və 1999-cu ildə qüvvəyə minən tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş əsasında davam etdirəcək.

Assosiativ üzvlük üzrə danışıqlar ötən ilin iyulunda başlayıb.

Aİ Cənubi Qafqazın hər bir ölkəsi ilə ayrı-ayrılıqda saziş imzalamaq istəyir. Onların hər birinin məzmunu Aİ ilə əməkdaşlığın dərinliyindən asılı olacaq. Bununla yanaşı, 2011-ci ilin sonunadək danışıqların başlanması gözlənilən Aİ ölkələri ilə viza rejiminin asanlaşdırılması haqqında ayrıca bir sazişin də imzalanması nəzərdə tutulur.

Assosiativ sazişə dörd istiqamət - siyasi dialoq, o cümlədən təhlükəsizlik, ədliyyə və insan hüquqlarının qorunması, iqtisadi, sosial-humanitar və ticarət məsələləri daxildir.

Sonuncu istiqamət gələcəkdə Azərbaycan məhsullarının Aİ-yə ixracı üçün imkan yaradacaq. Azərbaycan artıq Avropa İttifaqı ölkələrinə altı min növdən çox məhsulun rüsumsuz ixracı üzrə güzəştlərdən istifadə edir, lakin təəssüf ki, bu məsələdə malların keyfiyyəti əsas problem olaraq qalır.

Cənubi Qafqaz ölkələrində münaqişələrin həlli və bu ölkələr üçün daxili islahatların aparılmasına təsirli stimul olan və Aİ-yə gələcək assosiativ üzvlüyün perspektivləri barədə qərar 2009-cu il sentyabrın 30-da Brüsseldə Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq haqqında Aİ Şurasının illik sessiyası zamanı qəbul edilib.

Xəbər lenti

Xəbər lenti