...

Azərbaycan qərb istiqamətdə dəmir yolunun əsaslı təmirini davam etdirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2011 13:17 (UTC +04:00)
15-18 noyabr 2011-ci ildəTovuz-Tatlı sahəsinin 99-104-cü kilometrində daha 5 km yol əsaslı təmir olunacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan qərb istiqamətdə dəmir yolunun əsaslı təmirini davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.İsmayılov/

15-18 noyabr 2011-ci ildəTovuz-Tatlı sahəsinin 99-104-cü kilometrində daha 5 km yol əsaslı təmir olunacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan Respublikası hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində kredit sazişi imzalanıb.

Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 17 km yol əsaslı təmir olunub.

Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti