...

Azərbaycanda pensiya yaşına yenidən baxıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 17:11 (UTC +04:00)
Vaxt ötdükcə indiki parametrlərin qalması ilə bir sıra səbəblərdən Azərbaycan pensiya sığorta sisteminə yüklənmə artacaq.
Azərbaycanda pensiya yaşına yenidən baxıla bilər

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir A.Axundov/

Vaxt ötdükcə indiki parametrlərin qalması ilə bir sıra səbəblərdən Azərbaycan pensiya sığorta sisteminə yüklənmə artacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

"Əgər sistem bugünkü kimi işləməyə davam edəcəksə, yəni ödənişlər üzrə dərəcələr, bir pensiyaçıya düşən sosial ödəniş edən ödəyicilərin sayı 2020-ci ilə qədər dəyişməz olaraq qalacaqsa, demoqrafik və digər məsələlər nəzərə alınmaqla sistemə yüklənmə və buna müvafiq olaraq Fondun büdcə kəsiri sürətlə artacaq", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, bundan yayınmaq üçün müəyyən tədbirlər görülməlidir, o cümlədən qüvvədə olan qanunvericiliyin bir sıra elementlərinə yenidən baxılmalıdır.

"Əgər biz indiki qarşılıqlı hesablaşma əmsalını 40 faiz səviyyəsində saxlasaq, bundan qaçmaq mümkün olacaq. Yəni əgər pensiya əməkhaqqının artması halında artmasa, bunu etmək olacaq. Lakin təbii ki, bunu etmək olmaz. Biz bu əmsalı indiki səviyyədə saxlamağa çalışacağıq ki, əməkhaqqının artım tempi pensiyanın artımını üstələməsin. Buna görə də biz qanunvericiliyin bəzi elementlərini yenidən nəzərdən keçirməli olacağıq. O cümlədən pensiya yaşının dəyişməsi də mümkündür, əməkhaqqının qanuniləşdirilməsinin təmin edilməsi də əhəmiyyətlidir" , - Müslümov vurğulayıb.

Azərbaycanda yaşa görə əmək pensiyası hüququ kişilərə 63 yaşında, qadınlara isə 58 yaşında verilir. 2010-cu il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək qadınlar üçün pensiya yaşının 60 yaşa qədər hər il altı ay artırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti