...

"Metallurq" İdman Kompleksinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 16:37 (UTC +04:00)
"Metallurq" İdman Kompleksinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub.
"Metallurq" İdman Kompleksinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub

Azərbaycan, Bakı, 14 mart /Trend/

"Metallurq" İdman Kompleksinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub.

Əmlak Məsələləri Dövlət Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycanın müvafiq nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusu əldə edib.

Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə 2-6 mart 2012-ci il tarixlərində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edib. Səsvermənin nəticələrinə uyğun olaraq, fiziki şəxs Babayev Taleh Fayıq oğlu "Metallurq" İdman Kompleksinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqənin qalibi 100 min manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 3 ay ərzində 350 min manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb. Nəzərdə tutulan investisiyalar idman kompleksinin futbol meydançasının tribunasındakı oturacaqların təmiri və boyanması, meydançanın abadlaşdırılması və işıqlandırılması, eləcə də soyunub-geyinmə və duş otaqlarının təmiri işlərinə yönəldiləcək. İnvestisiya Proqramına əsasən, müvafiq işlərin həyata keçirilməsi nəticəsində kompleksdə yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, "Metallurq" İdman Kompleksi Gəncə şəhəri, T. Arani küçəsi, 6 ünvanında yerləşir. Kompleksin qeyri-maddi aktivləri, işçiləri, maliyyə öhdəlikləri və debitor borcları yoxdur. Kompleksin start satış qiyməti 265 625 manatdır.

Xəbər lenti

Xəbər lenti