...

Metanol ekoloji cəhətdən əlverişli enerji həllidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 09:30 (UTC +04:00)
Ümumdünya metanol əməliyyatlarında ətraf mühitin mühafizəsi sahəsində ən yüksək standartların təşviqi üzrə öhdəlik götürmüş ABŞ-ın Metanol İnstitutu metanolun ekoloji və enerji üstünlüklərini mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırır.
Metanol ekoloji cəhətdən əlverişli enerji həllidir

Ümumdünya metanol əməliyyatlarında ətraf mühitin mühafizəsi sahəsində ən yüksək standartların təşviqi üzrə öhdəlik götürmüş ABŞ-ın Metanol İnstitutu metanolun ekoloji və enerji üstünlüklərini mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırır. İnstitut həmçinin metanolun ətraf mühit üçün əlverişli həll kimi tətbiqinə dair informasiyanı paylaşmağa çalışır.

Metanol və onun ətraf mühitə təsiri

Dünyanın Casio, Panasonic, Toshiba və Sony kimi aparıcı şirkətləri artıq metanolla işləyən mobil telefon, noutbuklar üçün yanacaq elementlərinin və akkumulyatorların istehsalına başlayıb. Son illər inkişaf etmiş ölkələrdə metanol avtomobillər üçün yanacaq kimi geniş istifadə olunur. Çində və ABŞ-da artıq yanacaq növləri peyda olub ki, bunların bir hissəsini metanol təşkil edir. Bu cür yanacağın ətraf mühit üçün ziyanı daha azdır və adi benzin və dizellə müqayisədə ekoloji cəhətdən daha faydalıdır. Dünyanın bir çox tanınmış alimləri metanola gələcəyin energetikasının vacib hissəsi və benzinin və dizelin potensial əvəzedicisi kimi baxırlar.

Metanol təbiətdə təbii halda rast gəlinən, ətraf mühitdə mövcud olan, bioloji cəhətdən parçalanan spirtdir və ona hətta kosmosda da rast gəlinə bilər. Metanol təbii şəkildə müxtəlif bitki və heyvanların parçalanma prosesində formalaşır və biz onunla demək olar ki, hər gün meyvələr, şirələr və hətta şərab vasitəsilə kontaktda oluruq. Hərçənd insan orqanizminə düşdüyü təqdirdə böyük miqdarda metanol zəhərli ola bilər, təbiətdə geniş yayılmış bu molekul bioloji cəhətdən tez parçalandığından ətraf mühitə atıldıqda çox zəif təsirə malik olur.

Metanol ətraf mühitə atıldıqda o, sürətlə digər tərkib hissələrinə ayrılır, suda tamamilə həll olunur və bir sıra müxtəlif bakteriyalar üçün qidalanma mənbəyinə çevrilir. Buna görə də metanol çox vaxt sənayenin müxtəlif sahələrində, məsələn, sutəmizləmə qurğularında azotun çirkab sulardan ayrılmasına kömək üçün və ya neft və qaz mədənlərində antifriz və korroziya inhibitoru kimi tətbiq olunur.

Ətraf mühitin mühafizəsi sahəsində məsləhətçi-şirkət kim fəaliyyət göstərən Malcolm Pirnie "Ətraf mühitdə metanolun davranışının və daşınmasının qiymətləndirilməsi" başlığı altında tədqiqat nəşr etdirmişdir. Bu tədqiqatlarda metanolun müxtəlif ssenarilər üzrə atılması zamanı ətraf mühitə olan təsir nəzərdən keçirilir. Nəticələr ədəbiyyatda sənədləşdirilmiş laborator və çöl araşdırmaları yolu ilə alınmış, ətraf mühitdə metanolun davranışının və daşınmasının qiymətləndirilməsi üçün isə kompüter modelləşdirməsi tətbiq olunmuşdur. Hazırkı hesabatın nəticələrinə görə "metanol torpağa, qrunt və səth sularına axdıqda o, həm aerob, həm də anaerob şəraitdə bioloji cəhətdən sürətlə parçalanacaq".

Bu araşdırmalar əsasında "Exponent" elmi və mühəndis-konsaltinq şirkəti digər tədqiqatlar aparmış və bu tədqiqatlarda metanolun təbii qazın bərpası prosesində alınan hidroqırılma mayelərində spesifik tətbiqi öyrənilmişdir. "Metanolun hidroqırılma mayelərində tətbiqi" adlandırılan bu rəsmi nəşr sənaye tətbiqinin bu sahəsi ilə bağlı spesifik ssenariləri nəzərdən keçirir. Hazırkı hesabat həmçinin belə bir nəticəyə gəlir ki, metanol bu situasiyalarda bioloji cəhətdən sürətlə parçalanacaq və atılması nəticəsində insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərməyəcək.

Mənbə: www.methanol.org

Xəbər lenti

Xəbər lenti