...

Azərbaycan 2012-ci il üçün büdcə proqnozlarına yenidən baxa bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 14:37 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyi 2012-ci il üçün dövlət büdcəsinin proqnozlarına düzəlişlərin edilməsinin mümkünlüyünü istisna etmir.
Azərbaycan 2012-ci il üçün büdcə proqnozlarına yenidən baxa bilər

Azərbaycan, Bakı, 18 may / Trend, müxbir A.Axundov /

Azərbaycanın Maliyyə Nazirliyi 2012-ci il üçün dövlət büdcəsinin proqnozlarına düzəlişlərin edilməsinin mümkünlüyünü istisna etmir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Birinci rübün yekunları üzrə büdcənin gəlirlər hissəsi 100 faizdən çox, xərclər hissəsi 75-76 faiz yerinə yetirilib.

"Daxilolmaların böyük hissəsi neft sektorunun xətti ilə, xüsusilə də ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) xətti ilə mənfəət vergisi üzrə daxilolmalar hesabına təmin olunur. Aprel ayına olan vəziyyət üzrə ABƏŞ-in mənfəət vergisi üzrə daxilolmalar 702 milyon dollar təşkil edib, halbuki illik proqnoz 810 milyon dollar təşkil edir", - Bayramov deyib.

2012-ci il üzrə büdcə proqnozları neftin bir barelinin qiymətinin 80 dollar səviyyəsi nəzərə alınaraq formalaşıb. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 112,35 dollar/barel təşkil edib.

Proqnozlara görə, 2012-ci ildə neft sektorundan daxilolmalar hesabına Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 73 faizi təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti