...

Azərbaycanın kənd təsərrüfatı naziri Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun prezidenti ilə görüş keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2012 20:22 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun prezidenti ilə görüş keçirib
Azərbaycanın kənd təsərrüfatı naziri Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun prezidenti ilə görüş keçirib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

İtaliyanın Roma şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şurasının 144-cü sessiyasında Bakıda keçirilmiş FAO-nun Avropa üzrə 28-ci regional Konfransının sədri qismində iştirak edən kənd təsərrüfatı naziri İsmət Abasov cümə günü Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) Prezidenti Kanayo Nvanze ilə işgüzar görüş keçirib.

Kənd təsərrüfatı nazirlyindən Trend-ə verilən məlumata görə, görüşdə İFAD tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhatə dairəsinin genişləndirilməsindən və ölkəmizdə tətbiq oluna biləcək əlavə layihələr barədə ətraflı müzakirələr aparılmışdır.

Xəbər lenti

Xəbər lenti