...

"Celanese" korporasiyası Texasda yeni metanol zavodu inşa etməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 09:30 (UTC +04:00)
Kimyəvi məhsulların istehsalçısı kimi tanınmış "Celanese Corp" korporasiyası bəyan edib ki, Birləşmiş Ştatlarda yeni iri təbii qaz tədarükləri Texasda metanol istehsalı üzrə yeni zavod inşa etməsinə imkan verir.
"Celanese" korporasiyası Texasda yeni metanol zavodu inşa etməyə hazırlaşır

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Kimyəvi məhsulların istehsalçısı kimi tanınmış "Celanese Corp" korporasiyası bəyan edib ki, Birləşmiş Ştatlarda yeni iri təbii qaz tədarükləri Texasda metanol istehsalı üzrə yeni zavod inşa etməsinə imkan verir.

Klear Leyk şirkətinin asetil kompleksi ilə yanaşı tikiləcək bu müəssisə ildə 1.3 milyon ton metanol istehsal etmək gücünə malik olacaq. Zavodun 1 iyul 2015-ci il tarixindən sonra fəaliyyətə başlayacağı gözlənilir.

Şirkət yeni zavodun dəyərini açıqlamayıb. Zavod hal-hazırda yapışqan və örtü komponentləri kimi istifadə olunan sirkə turşusu və vinil-asetat monomeri istehsalını həyata keçirdiyi sahədə əməliyyatlara cəlb ediləcək.

Son illər ərzində layların hidravlik üsulla ayrılması və horizontal qazma işləri sayəsində yeni iri təbii qaz yataqları işlənməyə buraxılmışdır. Bu da öz növbəsində istehsalçılara ucuz və zəngin xammal ehtiyatlarından yararlanmaq imkanı verən yeni kimyəvi zavodların, o cümlədən metanol zavodunun tikintisi prosesini sürətləndirmişdir.

Xəbər lenti

Xəbər lenti