...

Azərbaycan Gürcüstanın iri ticarət tərəfdaşları arasında ikinci yerini qoruyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 17:05 (UTC +04:00)
2012-ci ilin yanvar-may aylarında Azərbaycan Gürcüstanın ən iri xarici ticarət tərəfdaşları arasında tutduğu ikinci mövqeyi saxlayıb.

Gürcüstan, Tbilisi, 25 iyun /Trend, müxbir N.Kirsxaliya/

2012-ci ilin yanvar-may aylarında Azərbaycan Gürcüstanın ən iri xarici ticarət tərəfdaşları arasında tutduğu ikinci mövqeyi saxlayıb. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstanın Statistika İdarəsindən bildiriblər.

Yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 511 000,0 milyon dollar təşkil edib ki, bu da Gürcüstanın bütün xarici ticarət dövriyyəsinin 12,6 faizini təşkil edir.

Bu məbləğdən Gürcüstan Azərbaycandan 279 782,7 milyon dollarlıq mal və xidmətlər idxal edib. İxracın həcmi isə 231 031,6 milyon dollar olub.

Qeyd edək ki, mayda Gürcüstan üçün ən iri ixrac bazarı yenə də Azərbaycan olub.

Gürcüstanın xarici ticarət tərəfdaşları arasında birinci yeri yenə də Türkiyə tutub. Bu ölkə ilə Gürcüstanın ticarət dövriyyəsi 606 017,7 milyon dollar təşkil edib. Üçüncü yeri 284 912,9 milyon dollarla Almaniya tutur.

Ümumilikdə, 2012-ci ilin yanvar-may aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 4 058 652,1 milyon dollar olub.

Bu həcmdən ixrac 961 200,6 milyon dollar (12 faiz çox), idxal isə 3 097 451,5 milyon dollar (21 faiz çox) təşkil edib.

Xəbər lenti

Xəbər lenti