...

“Azərikimya”da “Vizual müayinə inspektoru” beynəlxalq standartı çərçivəsində kurs keçmiş kimyaçılara sertifikatlar təqdim olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 12:58 (UTC +04:00)
“Azəri­kimya” İstehsalat Birliyinin bir qrup mütəxəssisi ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaş­dırma İdarəsinin təşəbbüsü ilə İdarənin Kadr hazırlığının təşkili Mərkəzində qaynaq işlərinə nəzarət üzrə ilk dəfə olaraq təşkil olunmuş “Vizual müayinə inspektoru” kur­sunda iştirak etmişdir.
“Azərikimya”da “Vizual müayinə inspektoru” beynəlxalq standartı çərçivəsində kurs keçmiş kimyaçılara sertifikatlar təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

"Azəri­kimya" İstehsalat Birliyinin bir qrup mütəxəssisi ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaş­dırma İdarəsinin təşəbbüsü ilə İdarənin Kadr hazırlığının təşkili Mərkəzində qaynaq işlərinə nəzarət üzrə ilk dəfə olaraq təşkil olunmuş "Vizual müayinə inspektoru" kur­sunda iştirak etmişdir.

Kurslar İsveçrənin tanınmış "SGS" firmasının Azərbaycandakı nümayəndəsi "SGS-Azeri LTD" şirkətinin beynəlxalq sertifikata malik mütəxəssisləri tərəfindən EN 497 beynəlxalq standartının tələb və şərtlərinə uyğun keçirilmişdir.

İyulun 11-də "Azəri­kimya" İstehsalat Birliyinin konfrans zalında ARDNŞ-in müxtəlif struktur bölmələrindən 26 nəfərin cəlb olunduğu kursu müvəffəqiyyətlə başa vurmuş Birliyin Təmir-tikinti İdarəsinin mühəndisləri Aqil Rəsulov, Ağadədə Ağayev və Adil İbişova SGS şirkətinin xüsusi beynəlxalq sertifikatları təqdim olunmuşdur.

Təqdimat mərasimində ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İda­rə­sinin, "Azəri­kimya" İB-nin, həmçinin "SGS-Azeri LTD" şirkətinin nümayəndələri kursu uğurla başa vurmuş əməkdaşları təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzulamışlar.

Kursların təşkil olunmasında əsas məqsəd qaynaq tikişlərinin rentgen, ultrasəs, maqnit tozu və s. üsullarla yoxlanılmasını təşkil etməkdən ibarətdir. Sertifikata layiq gö­rül­müş mühəndislər qaynaq işləri həyata keçirilən sahələrdə qaynaq tikişlərinin yüksək keyfiyyətlə aparılmasına nəzarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti