...

"Paşa Kapital" MMC Bakı Fond Birjasına üzv olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2012 15:02 (UTC +04:00)
"Paşa Kapital" MMC Bakı Fond Birjasına (BFB) üzv olub. Trend-in məlumatına görə, bu barədə Fondun çərşənbə günü yaydığı məlumatda deyilir.
"Paşa Kapital" MMC Bakı Fond Birjasına üzv olub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

"Paşa Kapital" MMC Bakı Fond Birjasına (BFB) üzv olub. Trend-in məlumatına görə, bu barədə Fondun çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu münasibətlə keçirilən tədbirdə birjanın İdarə Heyəti sədrinin müavini Vüqar Namazov tərəfindən "Paşa Kapital" MMC-nin direktoru Ruslan Məhərrəmova BFB-də üzvlüklə bağlı şəhadətnamə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Paşa Kapital" MMC-yə 24 avqust 2012-ci il tarixində diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə lisenziyalar verilib.

Hazırda BFB-nin "Paşa Kapital "MMC də daxil olmaqla 12 fəal üzvü var.

Beləliklə, bu gün Azərbaycanın qiymətli kağızlar bazarında broker fəaliyyəti üzrə 12, diler - 13, depozitar - 3, klirinq - 1, fond birjasında peşəkar fəaliyyətə görə - 1, qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə iki lisenziya qüvvədədir.

Xəbər lenti

Xəbər lenti