...

AZPROMO Azərbaycan şirkətlərindən investisiya layihələrinin qəbulunu davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 18:35 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun sahələrini əhatə edən və xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.
AZPROMO Azərbaycan şirkətlərindən investisiya layihələrinin qəbulunu davam etdirir

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun sahələrini əhatə edən və xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxalı əvəzləyən, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

AZPROMO qəbul olunmuş investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək.

İnvestisiya layihələri aşağıdakı məlumatları özündə əks etdirməlidir:

- Layihənin adı və həyata keçiriləcəyi yer;
- Layihənin məqsədi və təsviri;
- Layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü;
- Layihənin həyata keçirilmə və özünü ödəmə müddəti;
- Layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt).

İnvestisiya layihələri Azərbaycan və ingilis dillərində qəbul olunur. Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində aşağıda qeyd olunan ünvana təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 44, AZ 1000

Əlaqələndirici şəxs: Natiq Mədətov (e-mail: [email protected]; tel: (012) 598-01-47 (daxili: 105); faks: (012) 598-01-52)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti