Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbirlər A.Axundov, M.Əliyev/
Azərbaycanda gəlir vergisinin maksimum dərəcəsinin 30 faizdən 25 faizədək azaldılması və 2008-ci ildən 2000 manat səviyyəsində olan aylıq vergi gəlirinin maksimum plankasının 2500 manata qədər artırılması təklif edilir.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirələri zamanı çıxışında bildirib.
Bu zaman 14 faiz dərəcə üzrə vergi qoyulacaq illik gəlirin plankasını indiki 24 min manatdan 30 min manata qədər artırmaq təklif edilir. Gəlir vergisi üzrə güzəştlər hissəsində də müəyyən dəyişikliklər təklif edilir.
Hazırda aylıq gəlirdən tutulan vergi dərəcələri:
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin məbləği |
2000 manatadək |
14 faiz |
2000 manatdan çox olduqda |
280 manat + 2000 manatdan çox olan məbləğin 30 faizi |
Hazırda qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən tutulan vergi dərəcələri:
Vergi tutulan illik gəlirin məbləği |
Verginin məbləği |
24000 manatadək |
14 faiz |
24000 manatdan çox olduqda |
3360 manat + 24000 manatdan çox olan məbləğin 30 faizi |
Təklif olunan variant:
Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin məbləği |
2500 manatadək |
14 faiz |
2500 manatdan çox olduqda |
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi |
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutulan illik gəlirin məbləği |
Verginin məbləği |
30000 manatadək |
14 faiz |
30000 manatdan çox olduqda |
4200 manat + 30000 manatdan çox olan məbləğin 25 faizi |
Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.