...

Azərbaycanla Tacikistan arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2013 20:35 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun bu ölkənin Baş nazirinin müavini Murodali Alimardonla görüşüb.
Azərbaycanla Tacikistan arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun bu ölkənin Baş nazirinin müavini Murodali Alimardonla görüşüb. Görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli iqtisadi əlaqələr, xüsusilə, kənd təsərrüfatı sahəsində münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi müzakirə olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan sahibkarlarının Tacikistan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyulmasına cəlb edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Səfir Tacikistanda Azərbaycan istehsalı olan məhsulların ticarət sərgisinin keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verib.

Alimardon, öz növbəsində, Tacikistan tərəfinin Azərbaycan məhsullarından ibarət ticarət sərgisinin keçirilməsinə hazır olduğunu bildirib.

Həsənov Baş naziri səfirliyin planlaşdırdığı mədəniyyət tədbirləri, xüsusilə, bu ilin may ayında Düşənbə şəhərindəki opera və balet teatrında "Leyli və Məcnun" operasının səhnələşdirilməsi barədə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti