...

Azərbaycan Beynəlxalq Bankının aktivləri 25 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2013 14:00 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 25faiz artaraq 2013-ci il oktyabırın 1-nə 6,88 milyard manata çatıb. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Beynəlxalq Bankının aktivləri 25 faiz artıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 25faiz artaraq 2013-ci il oktyabırın 1-nə 6,88 milyard manata çatıb. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 35 faiz artaraq 2013-ci il oktyabırın 1-nə 4,863 milyard manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 540,4 mln. manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,526 mlrd. manata bərabər olub ki, bu da 2012 ilin oktyabırın 1-nə nisbətən 35% çoxdur.

Bankın məcmu kapitalı il ərzində 30,2 faiz artaraq 773,5 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 368,33 mln. manata çatdırılıb. ABB-nın xalis mənfəəti 2013-ci il oktyabırın 1-nə 36,6 mln. manata çatıb.

Okyabırın 1-nə ABB-nin 1 977 472 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 683 bankomat və 4907 POS-terminaldan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti