...

Unibank bayram günü də işləyəcək (foto)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2014 15:41 (UTC +04:00)
Unibank Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edir və onlara ən xoş arzularını çatdırır. 8 mart qeyri-iş günü olsa da, bank filialları müştərilərinin xidmətində olacaq
Unibank bayram günü də işləyəcək (foto)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Unibank Azərbaycan xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edir və onlara ən xoş arzularını çatdırır. 8 mart qeyri-iş günü olsa da, bank filialları müştərilərinin xidmətində olacaq.

Bankdan Trend-ə verilən məlumata görə, bayramla bağlı Unibankın xüsusi kampaniyaları var. Martın 7-si və 8-i bank filiallarından kredit götürən bütün müştərilərə komissiyada 50% endirim ediləcək.

Bundan başqa, müştərilərə illik kredit faiz dərəcəsində də 6%-dək endirim tətbiq olunacaq. Bayram kampaniyası bununla bitmir. Unibankın Albalı kart sahibləri də 8 mart bayramını özəl qeyd edəcəklər. Bu kampaniyadan təkcə xanımlar yox, həmçinin xanımlara bu sevinci yaşatmaq istəyən kişilər də yararlana bilər. Belə ki , martın 7-8-9-u Albalı (Albalı Plus və 28 Mall Albalı) kartı ilə 3 taksit və daha yuxarı alış-verişlərə, 6 taksit də Unibankdan hədiyyə olacaq. Məsələn, kampaniya günlərində müştərilər 6 aylıq ödəniş müddətinə alınan məhsul və xidmətlərin dəyərini, 12 aya ödəyə biləcəklər.

Bayram günlərinə Unibankla dəyər qatın!

Unibank 34 filialı ilə həftənin 6 günü müştərilərinə xidmət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti