...

I Avropa Oyunları ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə işçi qrupunun iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2014 18:37 (UTC +04:00)
Bu gün 2015-ci il I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış işçi qrupunun iclası keçirilib.
I Avropa Oyunları ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə işçi qrupunun iclası keçirilib

Azərbaycan, Bakı, 14 mart /Trend/

Bu gün 2015-ci il I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış işçi qrupunun iclası keçirilib.

Trend Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, işçi qrupun rəhbəri, nəqliyyat nazirinin müavini Musa Pənahov I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə danışıb. Qeyd edib ki, oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş "Tədbirlər Planı"ndan irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində nazirliyin struktur bölmələri və tabeli qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Digər dövlət qurumlarının təmsilçilərinin də iştirak etdiyi iclasda avtomobil yolları, avtomobil nəqliyyatı, dəmiryol, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı görülmüş konkret işlər barədə danışılıb, Oyunların keçirilməsinə hazırlıq dövründə və tədbir müddətində nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti