Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Əliyev/
2014-cü il aprelin 1-nə olan vəziyyətə görə, ölkə banklarının aktivləri 21,42 milyard manat təşkil edib. Bu rəqəm 2013-cü ilin birinci rübünün yekunları üzrə 17,31 milyard manat olub. Trend Azərbaycan Mərkəzi Bankının statistik hesabatına istinadən məlumat verir ki, il ərzində bankların aktivləri 23,74 faiz artıb.
Bank sektoru aktivlərinin əsasını (68 faiz) müştərilərə verilən 14,57 milyard manat dəyərində kreditlər (il ərzində 28,94 faiz artım), investisiyalar (xüsusi çəkisi 8,68 faiz və 19,23 faiz artımla 1,86 milyard manat) və müxbir hesablarındakı vəsaitlər (1,22 milyard manat) təşkil edib.
Maliyyə sektoruna verilən kreditlər və depozitlər birinci rübdə 1,11 milyard manat olub.
Passivlər strukturunda əsas payı (43,86 faiz) 13,96 faiz artan depozitlər (2014-cü il aprelin 1-nə 9,39 milyard manat) təşkil edir.
Maliyyə sektorundan alınan kreditlər və depozitlər 34,77 faiz artaraq 7,17 milyon manat təşkil edib.