...

Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatında regionların rolu artmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2014 13:58 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatında regionların xüsusi çəkisi artmaqda davam edir.
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatında regionların rolu artmaqda davam edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan iqtisadiyyatında regionların xüsusi çəkisi artmaqda davam edir. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentin plenar iclasında "2013-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanunun müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin icrasının özənəməxsus prinsiplərindən biri regionların xüsusi çəkisinin artımı olub: "Şübhəsiz ki, bu, ötən illərin regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurla icra edilməsi sayəsində mümkün oldu".

Z.Səmədzadə qeyd edib ki, yerlərdə sahibkarlığın geniş inkişaf etməsi də öz rolunu oynayıb: "Əminəm ki, 2014-2018-ci illərə hesablanmış regionların sosial-iqtisadi inkişafı dövlət proqramı da bu tendensiyanın saxlanılması və genişlənməsinə müsbət töhfəsini verəcək".

Qeyd edək ki, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən 2 dövlət proqramının reallaşdırılması nəticəsində regionlarda istehsalın həcmi 3,2 dəfə, sənaye məhsulu 3,1 dəfə, rabitə xidməti isə 6,1 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti