...

Mərkəzi Bank: Əmanətlər Azərbaycanın bank sisteminin fondlaşdırılmasının 40 faizini təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 14:45 (UTC +04:00)

Azərbaycan, Qəbələ, 24 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Əmanətlər Azərbaycanın bank sisteminin fondlaşdırılmasının 40 faizini təmin edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Rusiya və Azərbaycan banklarası əməkdaşlığının inkişafı" adlı "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, son 5 ildə onların həcmi 3,4 dəfə artıb: "Biz milli valyutada əmanətlərin xüsusi çəkisinin artımının müsbət tendensiyasını qeyd edirik. Əmanətlər Azərbaycan banklarının ümumi depozit bazasının 60 faizindən çoxunu təşkil edir. Bank sisteminə etimadın əsas göstəricilərindən biri olan əhalinin əmanətləri bankların normal fəaliyyət göstərməsi üçün resurslar qismində vacib rol oynayır".

R.Orucov bildirib ki, 2008-ci ildə bank bazarı iki dəfədən çox artıb: "Son 5 ildə bank sistemi üzrə ümumilikdə orta illik artım təqribən 15 faiz təşkil edib. Böhrana qədərki artım tempi hazırda olduqca güclü olan aşağı depozit fonunda daha yüksək olub. Bankların institusional potensialı bu bazada sabit artmağa imkan verir. Son 5 ildə bank sektorunun kredit portfeli 2 dəfədən çox artaraq, 17 faiz orta illik artım tempi ilə 15 milyard manatı ötüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti