...

"Caspian Energy International Media Group"da struktur dəyişiklikləri oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2014 18:11 (UTC +04:00)
2014-cü il birinci yarısının nəticələrinə həsr olunmuş Caspian Energy International Media Group-un Direktorlar Şurasının iclası keçirildi.
"Caspian Energy International Media Group"da struktur dəyişiklikləri oldu

Azərbaycan, Bakı, 2 iyul /Trend

2014-cü il birinci yarısının nəticələrinə həsr olunmuş Caspian Energy International Media Group-un Direktorlar Şurasının iclası keçirildi. Caspian Energy International Media Group-un Direktorlar Şurasının sədri Telman Əliyev birinci yarımillikdə görülmüş işlərin hesabatı ilə çıxış etdi və struktur dəyişikləri, eləcədə Caspian Energy International Media Group strategiyası üzrə bir sıra təkliflər irəli sürdü.

T.Əliyev bildirdi ki, 2013-cü ildə və 2014-cü ilin birinci yarısında maliyyə çətinlikləri ilə əlaqədar bir neçə jurnalın nəşri və Caspian Energy International Media Group-un bazasında fəaliyyət göstərən bir sıra internet-saytların fəaliyyəti dayandırılmışdı. Bu, ilk növbədə Azərbaycanın dövlət və özəl şirkətləri tərəfindən yaradılmış və maliyyələşdirilən nəşrlərin sayının artması və Caspian Energy-nin reklam və abunədən başqa əlavə maliyyə dəstəyinin olmadığı ilə bağlıdır. T.Əliyev, KİV bazarında rəqabətə dözümlüyü üçün Caspian Ecology, Alternative Energy, Baltic Energy, Caspian Energy Industry jurnallarının dünyanın 50 ölkəsindən olan geniş oxucu kütləsinə malik olan Caspian Energy jurnalının tərkibində birləşdirməyi təklif etdi.

Həmçinin qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin cəlb edilməsi məqsədi ilə Caspian Energy Construction, Caspian Energy Telecom, Caspian Energy Travel (Salam Azerbaijan), Caspian Energy Agroindustry, Caspian Energy Motors (AutoClub), Caspian Energy Finance (Financial journal), Caspian Energy Transport, Caspian Energy Sport, SoccerFunClub jurnallarını, Large Business qəzetini və s. layihələrini ümumi CEO adlanacaq jurnalında birləşdirməsi təklif olunmuşdur. CEO ticarət nişanı 2008-ci ildən Caspian Energy International Media Group-a məxsusdur.

CEO jurnalı Caspian Energy jurnalı ilə birgə yalnız Caspian Energy oxucularına və abunəçiləri arasında yayılacaq və qeyri-neft sektorunun reklam yerləşdirənləri üçün daha çevik qiymət siyasəti ilə fərqlənəcək.

Həmçinin Caspian Energy jurnalının dövriliyi də dəyişdirilmişdir. İndi Caspian Energy ildə (6 dəfə əvəzinə) 10 dəfə dərc olunacaq. CEO jurnalının ilk buraxılışı avqust ayında işıq üzü görəcək və Birinci Avropa Olimpiya Oyunlarının hazırlığına həsr ediləcək.

Caspian European Club və Caspian Energy International Media Group-un dəstəyi ilə CEO jurnalının redaksiyası tərəfindən hər il CEO Award Beynəlxalq mükafatının təqdimat mərasimi keçiriləcək.

Bundan əlavə, iclas zamanı həftəlik Caspian Energy Investor, Caspian Energy Ambassador, FirstClass və ALTRENERGY agentliyini Caspian Energy News agentliyində birləşdirmək qərarı verilmişdi.

Bununla yanaşı, Caspian Energy Marketing agentliyinin tərkibinə Caspian Energy Rating reytinq agentliyi, Caspian Energy Design dizayn-studiyası, Caspian Energy Analytics analitik qrupu, Caspian Energy Research Group marketinq xidməti və s. daxil olundu.

Caspian Energy Photo foto-agentliyi Caspian Energy Pictures foto-agentliyini və pics.az internet-portalını birləşdirdi.

Hələlik "offline" internet rejimində yayımlanan Caspian Energy TV öz fəaliyyətini test rejimində davam edir.

İclasda, 2014 və 2015-ci illərdə Beynəlxalq Caspian Energy Forum-nun keçirilmə təqvimi təsdiq edilmişdi. Təsdiq edilmiş qrafikə əsasən növbəti forum 2014-cü ilin 14 noyabr tarixində Tiflisdə keçiriləcək. 2015-ci ildə Beynəlxalq Caspian Energy Forum-u Bakıda (mart), İstanbulda (iyul), Afinada (oktyabr) və Buxarestdə (dekabr) keçiriləcək. Forum bir gün sürəcək, günün birinci yarısı neft sektorunun, ikinci yarısı isə qeyri-neft sektorunun inkişaf və perspektivləri məsələlərini əhatə edəcək. Həmin günün axşamı Caspian Energy Award (əvvəlki adı - Caspian Energy Integration Award) Beynəlxalq mükafatının rəsmi təqdimetmə mərasimi təşkil olunacaq.

Bununla birgə, iclasda Brand Award Azerbaijan, Brand Award Kazakhstan, Brand Award Russia, Brand Award Europe və Caspian Brand Award layihələrini vahid layihədə birləşdirmək qərarı verilmişdi. Layihə Beynəlxalq Brand Award mükafatı adlanacaq və Caspian European Club və Caspian Energy International Media Group tərəfindən hər ilin dekabr ayında təqdim olunacaq. Bu il Beynəlxalq Brand Award mükafatının 5-ci yubiley mərasimi keçiriləcək.

Caspian Energy International Media Group həmçinin 2014-cü il avqustun sonunda bərpa olunacaq CEIBC tədbirlərinin təşkilatçısıdır.

Direktorlar şurasının üzvləri caspianenergy.info və oil-gas.az layihələrinin həyata keçirilmə templərindən öz narazılıqlarını da bildirdilər.

Struktur dəyişikliklərinin nəticəsində Caspian Energy International Media Group-un bütün əməkdaşları öz iş yerlərini qoruyub saxlamış və yuxarıda göstərilən layihələrə cəlb edilmişdilər.

İclasda, Direktorlar şurasının üzvləri Caspian European Club-na Caspian Energy International Media Group-un fəaliyyətində verdiyi dəstəyə görə öz təşəkkürlərini bildirdilər.

Əlavə məlumat üçün qeyd olunan kontaktlara müraciət etməyiniz xahiş olunur:

Tel/Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87

E-mail: [email protected]; [email protected]

URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti