...

Bəşir Atalay: Ankara və Bakı iqtisadi sahədə ikitərəfli münasibətləri genişləndirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2014 17:23 (UTC +04:00)
Ankara və Bakı iqtisadi sahədə ikitərəfli münasibətləri daha da genişləndirəcəklər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəşir Atalay deyib.
Bəşir Atalay: Ankara və Bakı iqtisadi sahədə ikitərəfli münasibətləri genişləndirəcəklər

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Ankara və Bakı iqtisadi sahədə ikitərəfli münasibətləri daha da genişləndirəcəklər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəşir Atalay deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə regionun əsas çiçəklənən dövlətləridir.

Baş nazirin müavini qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə regionda ciddi iqtisadi layihələr həyata keçirirlər: "Azərbaycanın və Türkiyənin reallaşdırdığı layihələr təkcə region üçün deyil, həm də bütün dünya üçün vacibdir".

O qeyd edib ki, Ankara və Bakının siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətləri bundan sonra da inkişaf edəcək ki, bu da iki qardaş ölkə üçün son dərəcə vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti