...

Çex Respublikasının Prezidenti Caspian Energy jurnalını 15 illik yubileyi münasibətilə təbrik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2014 12:35 (UTC +04:00)
Çex Respublikasının Prezidenti Miloş Zeman dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.
Çex Respublikasının Prezidenti Caspian Energy jurnalını 15 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Çex Respublikasının Prezidenti Miloş Zeman dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.

"Böyük məmnuniyyətlə Əsrin müqaviləsinin 20 illik yubileyi və Caspian Energy jurnalının 15 illiyi münasibətilə Caspian Energy jurnalının oxucularına müraciət etmək istərdim", - deyə Çex Respublikasının Prezidenti Miloş Zeman bildirib. "Bu saziş region üçün mühüm əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.

"Mən Caspian Energy jurnalının daha 15 il və ondan da artıq fəaliyyət göstərməsini arzulayıram", - deyə Miloş Zeman vurğulayıb.

Çex Respublikasının Prezidenti Miloş Zemanın eksklüziv müsahibəsi Caspian Energy jurnalının 87-ci sayında (may-iyun 2014-cü il) dərc edilib.

Əlavə məlumat üçün:
Tel/Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: [email protected]; [email protected]
URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti