...

Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün subsidiyaları genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün 5 il müddətinə qüvvədə olacaq subsidiyaların həcmini artırıb. Bu barədə Trend Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarına istinadən məlumat verir.

Nazirlər Kabinetinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları" və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları" haqqında qərarlarına edilən dəyişikliklərə əsasən, hüquqi və fiziki şəxslər subsidiyalar hesabına mineral gübrələr alarkən əvvəlki 50 faiz əvəzinə mineral gübrənin dəyərinin 70 faizi ödəniləcək.

Subsidiyaların şamil edildiyi alışların dəyəri əvvəlki 50 manat əvəzinə 80 manatdan başlayır. Bundan başqa, mineral gübrələrin alışında subsidiyaların verilməsi zamanı 300 kiloqram yuxarı hədd ləğv olunur.

Motor yağı və yacağın alınmasında subsidiyaların həcmi əvvəlki kimi hər hektar əkin sahəsinə görə 40 manat səviyysəidnə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti