...

Azərbaycan yeni gəmini istismara verməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2014 09:00 (UTC +04:00)
Azərbaycan "Xəzər Dəniz Gəmiçiliyi" QSC bu ilin sonunadək iri üzən doku istismara verməyi planlaşdırır ki, bu da QSC-nin gəmilərinin təmirini təmin etməyə imkan verəcək. Bunu Trend-ə QSC sədrinin köməkçisi Vüqar Sadıqov deyib.
Azərbaycan yeni gəmini istismara verməyə hazırlaşır

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan "Xəzər Dəniz Gəmiçiliyi" QSC bu ilin sonunadək iri üzən doku istismara verməyi planlaşdırır ki, bu da QSC-nin gəmilərinin təmirini təmin etməyə imkan verəcək. Bunu Trend-ə QSC sədrinin köməkçisi Vüqar Sadıqov deyib.

Onun sözlərinə görə, tikinti işləri artıq başa çatıb və hazırda yeni dokun sınaqdan keçirilməsi və qeydiyyatı prosesi gedir.

Dok Nijni Novqorodun "Gəmi təmiri-gəmiqayırma korporasiyası" ASC ilə müqavilə çərçivəsində tikilib. Dokun elementlərinin montajı Bakının Zığ Gəmi Təmiri zavodunda rusiyalı mütəxəssislər tərəfindən aparılıb.

V.Sadıqov qeyd edib ki, hazırda sınaq işləri və artıq tikilmiş dokun rəsmiləşdirilməsi aparılır: "Biz gözləyirik ki, bu proses ilin sonunadək başa çatacaq".

Dokun təməli 2012-ci ilin yanvarında Nijni Novqorodda qoyulub. Birinci blok elə həmin ilin noyabrında suya buraxılıb. İlk üzən dokun yükqaldırma qabiliyyəti 8 min ton, uzunluğu 158 metr, eni 36,85 metr, göyərtənin hündürlüyü isə 13,35 metrdir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti