...

Duman Bakı aeroportunun işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2014 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Dekabrın 12-də Bakıda müşahidə olunan duman Heydər Əliyev Beynəlxalq Aeroportundan aviareyslərin yola salınmasına təsir etməyib. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildiriblər.

Məlumatda deyilir: "Lakin Tehran-Bakı, Aktau-Bakı, Naxçıvan-Bakı aviareyslərinin paytaxta gəlişi yubanır. Yəqin ki, bu hava şəraiti ilə əlaqədardır".

Cümə günü Azərbaycan ərazisində mülayim hava şəraiti gözlənilir, arabir cənub küləyi güclənəcək.

Azərbaycanın rayonlarında dekabrın 12-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti