...

Azərbaycan BƏƏ ilə viza rejimini sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2015 14:49 (UTC +04:00)
BƏƏ vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejimindən istifadə etməklə gələ biləcəklər.
Azərbaycan BƏƏ ilə viza rejimini sadələşdirir

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejimindən istifadə etməklə gələ biləcəklər.

Trend-in məlumatına görə, bu barədə "Gulf News" qəzeti Azərbaycanın BƏƏ-dəki səfirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, BƏƏ vətəndaşları artıq Azərbaycana gəldikdən sonra ölkənin istənilən aeroportunda viza əldə edə biləcəklər.

Vizanın etibarlılıq müddəti 30 gün təşkil edəcək.

Qeyd edək ki, hazırda Azərbaycanda beynəlxalq sərnişin daşımalarını həyata keçirən altı aeroport fəaliyyət göstərir (Bakıa, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti