Bakı. Azad Həsənli - Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanın milli statistika sisteminin təkmilləşdirilməsinə 1,2 milyon avro ayırıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov tvininq layihəsinə həsr olunmuş mətbuat konfransında bildirib.
Layihə iki illik nəzərdə tutulub.