...

Azərbaycan Tacikistana iş adamları üçün gömrük prosedurlarını sadələşdirməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2016 19:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan hökuməti yanında Gömrük Xidmətinin rəisi Abdufattoh Qoib ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında gömrük sahəsində 2007-ci ildə imzalanmış əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin bu sahədə əlaqələri inkişaf etdirmək üçün hüquqi baza yaratdığı qeyd olunub.

A.Həsənov ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da genişləndirmək üçün gömrük sahəsində bəzi islahat xarakterli tədbirlər görülməsi və gömrük prosedurlarının Azərbaycan iş adamları üçün sadələşdirilməsini təklif edib.

A.Qoib gömrük işində çətinliklərin yaranmaması üçün iki ölkə arasında qiymətlərin müəyyən edilməsi ilə bağlı informasiya mübadiləsi haqqında əlavə protokolun imzalanmasının vacibliyini bildirib.

Səfir dünyada baş verən böhranlara baxmayaraq, Azərbaycanın bu sınaqdan da müvəffəqiyyətlə çıxacağını, bunun üçün Azərbaycanın kifayət qədər ehtiyatlara malik olduğunu diqqətə çatdırıb. A.Həsənov Azərbaycanda böhranın fəsadlarının aradan qaldırılması məqsədilə aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasət barədə məlumat verib. Həmçinin bildirib ki, Azərbaycanla Tacikistan arasında birbaşa hava əlaqəsi olarsa, dövlət və özəl sektorun Tacikistan iqtisadiyyatına investisiya qoymaq imkanları daha da artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti