...

Bakı Şopinq Festivalının daha bir töhvəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2017 20:11 (UTC +04:00)
Paytaxtımızda dünyanın məşhur brendlərini təklif edən mağazaların festival güzəştlərini qaçırmayın
Bakı Şopinq Festivalının daha bir töhvəsi

Trend-i buradan izləyin

Bakı. Trend:

Paytaxtımızda dünyanın məşhur brendlərini təklif edən mağazalardan biri olan “Celine”də festival güzəştlərini qaçırmayın!

Bakı Şopinq Festivalının iştirakçısına çevrilən “Celine” mağazasında alış-veriş etməklə, keyfiyyəti ilə bütün dünyada məşhur olan brend malları çox sərfəli qiymətə ala biləcəksiniz.

Bakı şəhəri, Neftçilər prospekti, 25A ünvanında yerləşən məşhur “Celine” mağazasında qiymətlər və şərtlər indiyədək heç vaxt belə sərfəli olmamışdı. Turistlər və Azərbaycan vətəndaşları festival müddətində “Celine” brend mağazasında alış-veriş etməklə sərfəli təkliflər alacaqlar. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də, alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

“Tom Ford” men və “Tom Ford” women mağazalarında olan Festival fürsətlərini də qaçırmayın! Bakı Şopinq Festivalının iştirakçısı olan “Tom Ford” mağazalarında may ayının 10-dək yüksək keyfiyyətli malları aşağı qiymətə ala bilərsiniz.

Bakı şəhərinin mərkəzində - Səbayel rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşən “Tom Ford” men və Əziz Əliyev küçəsi, 1B ünvanında yerləşən “Tom Ford” women mağazalarında təkliflər daha sərfəli oldu. Turistlər və Bakı sakinləri “Tom Ford” mağazalarında nəzərə çarpacaq qədər qənaət edə bilərlər. Eləcə də, alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər. Xatırladaq ki, bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə dəvət edir. Bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu “Tom Ford” mağazalarında alış-veriş etməyə tələsin!

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştəriləri sərfəli təkliflərlə sevindirəcəklər.

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Xəbər lenti

Xəbər lenti