...

Bakı və Barselona limanları arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2022 12:47 (UTC +04:00)
Bakı və Barselona limanları arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Barselona limanı arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, sənəd Bakıda “Yaşıl Limanlar və liman idarəedilməsində yeni üsullar” tədbiri çərçivəsində imzalanıb.

Memorandum Bakı limanının tədris mərkəzinin regional tədris və logistika mərkəzinə çevrilməsini nəzərdə tutur.

Eyni zamanda, sənədə əsasən, Bakı və Barselona limanlarının tədris mərkəzləri yeni reallıqlara uyğun olaraq insan kapitalının inkişafına vacib töhfə verəcək.

Memorandumu Bakı limanının tədris mərkəzinin rəhbəri Orxan Adıgözəlov və Barselona liman nümayəndə heyətinin üzvləri imzalayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti