...

“Ural Hava Yolları” bu ayın sonundan Jukovskidən Bakıya birbaşa reyslərini işə salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2024 17:46 (UTC +04:00)
“Ural Hava Yolları” bu ayın sonundan Jukovskidən Bakıya birbaşa reyslərini işə salacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Ural Hava Yolları" aprelin 26-dan Jukovskidən Bakıya birbaşa reyslərini işə salacaq.

Trend aviaşirkətə istinadən xəbər verir ki, Jukovski-Bakı marşrutu üzrə uçuşlar cümə və şənbə günləri olmaqla həftədə 2 dəfə həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən marşrut üzrə ilk reys fevralın 8-nə planlaşdırılmışdı, lakin uçuşlara dair bütün nüanslar razılaşdırılmadığından, reys baş tutmayıb.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, "Ural Hava Yolları" tərəfindən müraciət gec daxil olub və Azərbaycanın mülki aviasiya orqanları ilə razılaşdırılması zaman tələb edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti