...

AZƏRBAYCANIN 3 RAYONUNDA QAZ TƏCHİZATI BƏRPA EDİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2005 16:47 (UTC +04:00)

Bir az əvvəl Mozdok-Qazıməmməd qaz kəmərinin daxili hissəsinin təmizlənməsi ilə əlaqədar qazın verilməsi dayandırılmış Azərbaycanın üç rayonu (Qobustan, Xızı və Şamaxı) yenidən qazla təmin olunmağa başlayıb. Bu barədə Trend ə Azeriqazneql İstehsalat Birliyindən (Azeriqazneql İB Azeriqaz QSC-nin strukturudur) məlumat verilib.

Qaz kəmərinin təmizlənməsi istehsalat Birliyinin podratçısı olan "Orqenerqoqaz" tərəfindən həyata keçirilib. "Hazırda Mozdok-Qazıməmməd qaz kəmərinin daxilindəki vəziyyəti öyrənmək üçün oraya 3 mərmi və profilometr buraxılıb ",- deyə İB-dən məlumat veriblər.

Müqaviləyə görə şirkət Mozdok-Qazıməmməd magistral qaz kəmərinin Siyəzən-Qazıməmməd sahəsindəki hissəsini (diametri 1220 mm və uzunluğu 133,5 km) və Altıağac-Ağsu (diametri 1220 mm və uzunluğu 75 km) olan hissəsində təmizləmə işləri aparıb. "Or¬qenerqo¬qaz" bu işləri ən azı 352 min dollara həyata keçirib.

Xəbər lenti

Xəbər lenti