...

HÜSEYN ARABUL: BARMEK-İN VERGİ BORCLARI MALİYYƏ NAZİRLİYİNİN TƏQDİM ETDİYİ QƏDƏR BÖYÜK RƏQƏMLƏR DEYİL

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2005 13:19 (UTC +04:00)

"Mən 100 faiz əminəm ki, Barmek Azerbaycan-ın vergi borcları Vergilər Nazirliyinin təqdim etdiyi qədər də iri rəqəmlər deyil ", - deyə Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul Trend ə ekskluziv məlumat verib.

Şirkətin prezidenti sənədləşmələrdə səhvlərin buraxıldığını istisna etməyib, lakin bu məbləğ16 573,1 milyn. manat təşkil etmir. Şirkət tərəfindən ödənməmiş vergilərin dəqiq həcmini aşkar etmək üçün yaradılan komissiya hələ öz işini başa vurmayıb. H.Arabul qeyd edib ki, komissiya sənədlərin təkrar yoxlanmasını aparır və yaxın vaxtlarda konkret nəticələrin olacağı gözlənilir.

Qeyd edək ki, 2005-ci ilin iyununda Azərbaycanın Vergilər Nazirliyinin vergi cinayətlərinin ilkin araşdırılması Departamenti 23 cinayət işi açıb ki, onlardan biri də Barmek-Azerbaijan-a qarşıdır.Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.4 və 213.3 maddələri üzrə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti