...

NƏQLİYYAT NAZİRLİYİ LERİK-LƏNKƏRAN AVTOMAGİSTRALINDA BAŞ VERMİŞ QAYA UÇQUNUNUN NƏTİCƏLƏRİNİ ARADAN QALDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2005 15:48 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat Nazirliyi iLerik-Lənkəran avtomobil yolunda baş vermiş uçqunun nəticələrini aradan qaldırır. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

Hazırda yolun bir hissəsində hərəkət bərpa edilib. Uçqunun nəticələrini aradan qaldırmaq üçün aparılan işlər üzərində ciddi nəzarət həyata keçirən komissiya yaradılıb. Hazırda yolda iri tonnajlı yük maşınlarının hərəkətinə icazə verilmir.

Qaya uçqunu sentyabrın 11-də axşam avtomagistralın 20 km-də baş verib. Həmin yol Azərbaycanın Lerik rayonunun digər yaşayış məntəqələri ilə birləşdirən yeganə yoldur.

Yolun ümumi uzunluğu 53 km təşkil edir. Yolun 17 km tamamilə bərpa olunub, digər hisəsisi isə əsaslı təmir olunur. Layihənin həy ata keçirilməsi üçün dövlət büdcəsindən 50 milyard manat vəsait ayrılıb.

Bəzi mütəxəssislərin Trend ə verdikləri məlumata görə, qayaların əmələ gəlməsi mürəkkəb geoloji prosesdir. "Belə uçqunlara səbəb daşqınlar, zəlzələlər və s.ola bilər", - deyə mütəxəssislər bildiriblər. Ekspertlər ağırçəkili yük maşınlarının yolda hərəkəğti də belə dağıntıların əmələ gəlməsinə səbəb ola biləcəyini istisna etmirlər.

Xəbər lenti

Xəbər lenti