...

"BANK OF BAKU" TRAIELEX PUL KÖÇÜRMƏLƏRİ SİSTEMİNƏ KEÇİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2005 11:42 (UTC +04:00)

Sentyabrın 20-dən başlayaraq "Bank of Baku" Travelex beynəlxalq təcili pul köçürmələri sistemi çərçivəsində xidmətlər göstərir. Travelex pərakəndə maliyyə bazarında aparıcı beynəlxalq operatorlardan biridir.

Dünyanın 4 qitəsində şirkətin fərdi şəxslərə xidmət üzrə 650 bölməsi fəaliyyət göstərir. Travelex-in maliyyə bürolarına dünyanın ən iri şəhərlərinin hava limanlarında, dəmir yol vağzallarında və turizm mərkəzlərində rast gəlmək olar. Təkcə keçən il ərzində Travelex-in bölmələrində 30 milyondan artıq müştəriyə xidmət göstərilib.

Travelex sistemi ilə yanaşı "Bank of Baku" Western Union və Migom təcili pul köçürmə sistemləri çərçivəsində analoji xidmətlər göstərir.

Cari ilin 8 ayı ərzində "Bank of Baku"nun aktivləri 2005-ci ilin sentyabrın 1-i üçün 244,5 mlrd manat, kredit portfeli, 154 mlrd manat, depozitlər 181 mlrd manat, xalis gəliri isə 9,2 mlrd manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti