...

Nəqliyyat nazirliyində nəqliyyat sektorunun inkişafı strategiyası müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2006 16:10 (UTC +04:00)

Asiya İnkişaf bankı Britaniyanın Scott Wilson şirkəti ilə birgə "2006-2015-ci illərdə Azərbaycanın nəqliyyat sektorunun inkişafı strategiyası" layihəsini Azərbaycanın Nəqliyyat nazirliyinə təqdim edib. Bu barədə Trend ə nazirlikdən məlumat verilib. Bu sənəd nəqliyyat sektorunun inkişafı üçün yeni sərmayələrin cəlb olunmasına imkan verəcək.

Strategiyanın işlənib hazırlanmasında əsas məqsəd iqtisadiyyatın və nəqliyyat sektorunun sabit inkişafı, o cümlədən ölkədə yoxsulluğun azaldılmasıdır.

Bu strategiyanıın hazırlanması ilə tenderin qalibi Scott Wilson şirkəti məşğuldur. Müqaviləyə əsasən, bu şirkət ölkənin nəqliyyat strategiyasını hazırlamalı və onu nazirliyə təqdim etməlidir. Strategiyaya, həmçinin, avtomobil və dəmiryolları, o cümlədən dəniz layihələri, həmçinin, bir sıra regional hava limanlarının yenidən qurulması daxil ediləcək. Bu layihə AİB-in vəsaitləri hesabına həyata keçirilir. Bank nazirliyə $750 min qrant ayırıb.

Xəbər lenti

Xəbər lenti