...

İsrail şirkətləri Azərbaycana sutəmizləyici texnologiyalar təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2006 15:56 (UTC +04:00)

Bu gün Hyatt Regency-də İsrailin L.D.D.-nin törəmə şirkətləri olan Elif və Amiad şirkətləri çirkab sular sahəsində və içməli suyun alınması üçün təmizləyici texnologiyaların təqdimatını keçirib. Trend in məlumatına görə, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Artur Lenk tədbirdə bildirib ki, İsrail kommunal infrastruktur texnologiyaları, təhlükəsizliklə bağlı texnologiyalar, sutəmizləyici texnologiyalar, eləcə də hərbi sənaye də daxil olmaqla aparıcı sənaye texnologiyalarının hazırlanması ilə məşğuldur.

A.Lenkin sözlərinə görə, İsraildə su çatışmaması ilə bağlı olaraq sudan təkrar istifadə 80%-ə çatıb. "Mən əminəm ki, Azərbaycan bizim təcrübəmizdən müəyyən qədər faydalna bilər. Hər iki ölkə ərazi baxımdan kiçik olsa da, su ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsinə zərurət yaranır. Təqdimetmənin keçirilməsi ideyası "Azərsu"da yaranıb, orada bir neçə görüş keçirilib. Problem ondadır ki, qərarı qəbul edən şəxslər bələd olmadığı müxtəlif texnologiyalar alır" -deyə səfir qeyd edib.

L.D.D. şirkəti bütün dünyada sutəmizləyici texnologiyalarla bağlı qərarların işlənib hazırlanması sahəsində bir neçə özəl şirkətin əsasını qoyub.

L.D.D. şirkətinin icraçı direktoru Rafi Mandelbaum təmizləmə sahəsində yenilikçi olan Elif şirkətinin texnologiyalarını təqdim edərək çirkab və içməli su bölmələrinin zərurətini qeyd edib. Nümunə olaraq o, Dənizkənarı bulvardakı vəziyyəti göstərib: oraya çirkab sular axıdılır, amma əhali orada balıq tutur. Abşeron yarımadasında ərazi neft və digər hidrokarbonatla çirklənib, amma orada heyvan otarılır.

Şirkətin təqdim etdiyi texnologiyalar həm böyük, həm də kiçik yaşayış məskəni üçün nəzərdə tutulur. Həmin sistem mikroorqanizmdən istifadəyə əsaslanır və bunlar üzvi maddələr parçalanır, nəhayət suyu yenidən paylaşdırır. Qurğuda idarəetmə nəzarəti kompyuterləşdirildiyinə görə yalnız bir nəfər tələb olunur. Qurğu ildə cəmi bir dəfə təmizləməyə ehtiyac duyur. Əsas üstünlük ondan ibarətdir ki, qurğu çökmə vermir və az məsrəfə malikdir, torpağın altında və üzərində ola bilər, həmçinin az yer tutur.

Xəbər lenti

Xəbər lenti