...

İqtisadi İnkişaf Nazirliyinin Təftiş Komissiyası "Barmek"in fəaliyyətini təftiş edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2006 13:17 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyində yaradılmış Təftiş Komissiyası "Barmek Holdinq A.Ş." şirkətinin və "Barmek AEŞ" MMC-nin fəaliyyətini təftiş edir. Bu barədə Trend ə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Təftiş Komissiyasından məlumat verilib.

Belə ki, "Barmek Holdinq A.Ş." və "Barmek AEŞ" MMC-nin fəaliyyəti ilə əlaqədar müəssisə, idarə və təşkilatlar, habelə hüquqi və fiziki şəxslər aşağıdakı məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciət edə bilərlər:

1. Bakıelektrikşəbəkə" səhmdar cəmiyyətinin Elektrikpaylayıcı Aktivlərinin idarə olunmasının, istismarının etibarlılığı və texniki təhlükəsizliyi, o cümlədən Elektrikpaylayıcı Aktivlərin 24 saat ərzində fəaliyyət göstərməsi, təcili çağırış olduqda işçi heyətinin texniki xidmətlər göstərilməsi üçün qəza yerinə dərhal gəlməsi, elektrik enerjisinin verilməsinin etibarlılıq, texniki təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluğu;

2. Texniki şərtlərin verilməsi və elektrikin şəbəkəyə qoşulması ilə bağlı olan məsələlər;

3. "Bakıelektrikşəbəkə" səhmdar cəmiyyətinin fiziki və qeyri-dövlət hüquqi şəxslər olan kreditorların borclarının ödənilməsi ilə bağlı olan məsələlər.

Müraciətlər iyunun 17-dək qəbul edilir.

Xəbər lenti

Xəbər lenti