...

Azərbaycanda kartof yığımı 62 min ton təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2006 13:35 (UTC +04:00)

2006-cı ilin iyun ayına olan operativ məlumatlara görə, Azərbaycanda 4482 ha sahədə (ümumi əkin sahəsinin 6,7%-i) kartof yığımı həyata keçirilib. 62 min ton məhsul yığılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3500 ton çoxdur. 2005-ci ildə Azərbaycanda 1 mln. tondan çox kartof istehsal edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Məhsullarının İstehsalı, Emalı və Torpaqdan İstifadəyə Nəzarət şöbəsi başçısının müavini Rizvan Mustafayevin Trend ə verdiyi məlumata görə, bu dövr ərzində tərəvəz yığımı 7659 ha əkin sahəsində (ümumi əkin sahəsinin 10%-i) 68 min ton təşkil edib. 2005-ci ilin həmin dövrü ərzində 58 min ton tərəvəz yığılıb. "Hazırda regionlarda məhsul yığımı üzrə işlər davam etdirilir", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti