...

Azərbaycan və Türkiyə İstanbulda avtomobil nəqliyyatındakı kvotaların miqdarını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2006 18:29 (UTC +04:00)

Bir ay ərzində İstanbulda Azərbaycan və Türkiyənin nəqliyyat nazirlərinin görüşü olacaq. Görüşdə avtomobil nəqliyyatı ilə daşımaların həyata keçirilməsi üçün kvota məsələsi müzakirə ediləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan-Türkiyə hökümətlərarası iqtisadi komissiyanın iclasının yekununda Azərbaycan hökümətinin baş nazir müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisindən keçmək üçün türk tərəfinə təxminən 3000 kvota verilir. Azərbaycanın da bu qədər kvotası var, lakin onlardan istifadə etmək imkanına malik deyil.

Türk tərəfinin kifayət qədər inkişaf etmiş yük avtomobil nəqliyyatı var və bu, istənilən yüklərin Azərbaycana gətirilməsinə və tranzitlə ölkə ərazisindən (cənubdan və şimaldan) aparmasına imkan yaradır.

Xəbər lenti

Xəbər lenti