...

Azərbaycan ilin birinci yarısında 2,4 mln. ABŞ dolları həcmində üzvlük haqqı ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2006 14:28 (UTC +04:00)

İlin birinci yarısında Maliyyə Nazirliyi ictimai- siyasi və beynəlxalq maliyyə təşkilatlarına (BMT) 2,4 mln. ABŞ dolları həcmində üzvlük haqqı ödəyib. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər.

2006-cı il üçün dövlət büdcəsində bu məqsədlər üçün cəmi 8,4 mln. manat (təxminən 9,2 mln. ABŞ dolları) ayrılıb. İlin əvvəlindən BMT-nin payına düşən 4,6 mln. manatdan 1,26 mln. manat (1,4 mln. ABŞ dolları) ödənilib. İctimai -siyasi təşkilatlar üçün nəzərdə tutulmuş 3,1 mln. manatdan üzvlük haqqının ödənilməsi üçün 0,9 mln. manat (1 mln. ABŞ dolları) ödənilib.

Maliyyə təşkilatları arasında ən böyük ödəniş - 1,3 mln. manat Qara dəniz Ticarət və İnkişaf Bankına (QDTİB) həyata keçiriləcək. Ölkənin bankdakı payı 6 mln. SDR təşkil edir, onlardan 2 mln. SDR Azərbaycanın QDTİB-yə üzv olması haqqında sazişin imzalanmasından dərhal sonra ödənilməlidir.

Ölkənin üzvlük haqqına görə AYİB-ə borcu olduğunu nəzərə alaraq, 2006-cı ildə onların bir hissəsinin ödənilməsi nəzərdə tutulub. Bunun üçün 1,1 mln. manat ayrılıb. Valyuta fondundakı üzvlüyə görə Azərbaycan 225 min manat, DB-dəki üzvlüyünə görə isə 900 min manat ödəyəcək.

Asiya İnkişaf Bankı ilə işlər başqa cürdür. Bu bank ölkə üçün ilk kreditin təsdiqinə qədər borcu üzvlük haqqı üzrə ödəməyi tələb edib. İndi artıq AİB-ə ödəmələrin həcmi azalıb və 2006-cı il üçün 270 min manat ayrılıb. İslam İnkişaf Bankı üçün də həmçinin kiçik məbləğ - 90 min manat nəzərdə tutulub.

İctimai -siyasi təşkilatlardan ən böyük həcmdə üzvlük haqqı - 750 min manat Avropa Şurası üçün nəzərdə tutulub. Bunlardan ilin birinci rübündə artıq 560 min manat ödənilib. MDB-nin bütün qurumları üçün 400 min manat ayrılıb, bunlardan 326 min manatı ödənilib. İslam Konfransı Təşkilatı üçün nəzərdə tutulmuş 350 min manat tamamilə ödənilib, BMT-nin Ərzaq proqramı üçün 160 min manat (130 min manat), UNİDO üçün - 190 min manat (154 min manat), Ümumdünya səhiyyə təşkilatı üçün - 120 min manat (110 min manat) və s. ayrılıb.

Ölkə təxminən 50 təşkilata üzvdür.

Xəbər lenti

Xəbər lenti