...

Azərbaycanda böyük tutumlu avtobusların alınması üçün tender elan olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2006 16:02 (UTC +04:00)

Bakı şəhəri nəqliyyat departamentinin Azərbaycanın Nəqliyyat Nazirliyinə təhvil-təslim prosesinin tamamlanmasından sonra paytaxtda mikroavtobusların böyük tutumlu avtobuslara dəyişdirilməsi prosesi həyata keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın nəqliyyat nazirinin birinci müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, hazırda sərnişin daşınmasında iştirak edən şirkətlərlə görüşlər keçiriləcək. Bundan sonra Bakıya yeni avtobuslar gətirəcək şirkətləri müəyyən etmək üçün tender keçiriləcək.

M.Pənahov qeyd edib ki, hazırda şəhərdaxili sərnişin daşınması üçün avtobusların qiyməti 50 min ABŞ dollarından 150 min ABŞ dolları arasında dəyişir. Şəhərin nəqliyyat infrastrukturunun işini yüngülləşdirmək üçün Bakının mərkəzində bu nəqliyyat növündən istifadə etmək nəzərdə tutulur. Kiçik tutumlu avtobuslardan isə paytaxt mərkəzindən kənarda istifadə olunacaq. İlkin qiymətləndirmələrə görə birinci mərhələdə təxminən 200-250 belə nəqliyyat vasitəsi olmalıdır.

Xəbər lenti

Xəbər lenti