...

Beynəlxalq bank kapitallaşdırılma prosesinə başlamaq üçün QKDK-nin qərarını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2006 15:03 (UTC +04:00)

10-15 gün ərzində Azərbaycan Beynəlxalq Bankı səhmlərin yeddinci emissiyasının yerləşdirilməsinə başlamağı planlaşdırır. ABB-nin idarə heyətinin sədr müavini Əsgər Məmmədovun Trend ə verdiyi xəbərə görə, emissiya prospektinin qeydiyyatı üçün bütün sənədlər artıq ölkə prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət Komitəsinə təqdim olunub.

Emissiyanın həcmi 60 mln. manat təşkil edəcək, bununla da ABB-nin nizamnamə kapitalı 100 mln. manata qədər artacaq. "Bu, həm özəlləşdirmə, həm də bankın inkişafı, Azərbaycan iqtisadiyyatına xidmət planında çox yaxşı kapitallaşdırma olacaq", - deyə Ə.Məmmədov hesab edir. Onun fikrincə, 2007-ci ilin sonunadək bankın səhm kapitalı 200 mln. manatı ötəcək. Hazırda Beynəlxalq bankın ümumi kapitalı artıq 100 mln. manatdan çoxdur.

Bankın aktivləri bu gün 1,5 mlrd. manatı ötür. Beynəlxalq bankın nizamnamə kapitalı 40 mln. manat səviyyəsindədir.

2007-ci il üçün dövlət büdcəsində bankın nizamnamə kapitalında payın ödənilməsi üçün xərclər nəzərdə tutulub.

ABB respublikanın ən böyük bankıdır. O, 1992-ci ildə səhmləşib və 50,2% nəzarət paketinə malik Maliyyə Nazirliyinin simasında dövlətin idarəsi altında qalır. Daha 10% səhm bankın əməkdaşlarına, təxminən 40% isə - fərdi şəxslərə malikdir.

Xəbər lenti

Xəbər lenti