...

Azərbaycan MDB gömrük xidmətləri rəhbərləri Şurasının iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2006 18:37 (UTC +04:00)

Azərbaycan MDB iştirakçı-dövlətlərinin gömrük xidmətləri rəhbərləri Şurasının növbəti 44-cu iclasında iştirak edəcək. Görüş dekabrın 21-də Moskvada keçiriləcək.

Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) Trend ə verilən məlumata görə, tədbirdə DGK -nin sədr müavini Rza Həsənəliyev iştirak edəcək. Şuranın əvvəlki iclası bu ilin iyun ayında Minskdə keçirilib.

DGK mütəxəssisləri - DGK gömrük nəzarətinin təşkili idarəsinin başçısı Şahin Bağırov və komitənin beynəlxalq münasibətlər idarəsinin başçısı Dilavər Fərzəliyev dekabrın 19-20-də Moskvada keçirilən MDB iştirakçı-dövlətləri gömrük xidmətləri ekspertlərinin toplantısında iştirak edib.

MDB iştirakçı-dövlətləri gömrük xidmətləri rəhbərləri Şurası Birliyin hökümət başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixli qərarı ilə İqtisadi ittifaqın yaradılması haqqında Müqavilənin reallaşdırılması məqsədi ilə təsis olunub. Şura işçi aparatına malikdir. Aparatın funksiyalarını MDB İcraiyyə komitəsinin qarşılıqlı təsiri ilə Şura Sədrinin başçılıq etdiyi gömrük xidməti yerinə yetirir. Hazırda Şuranın tərkibinə MDB-nin on iki iştirakçı-dövlətinin gömrük xidmətlərinin rəhbərləri daxildir. Birlik dövlətləri gömrük xidmətlərinin fəaliyyət istiqamətlərindən biri Ümumdünya gömrük təşkilatının üzvləri kimi MDB gömrük xidmətlərinin mövqelərinin əlaqələndirilməsidir. Şuranın işində onun fəaliyyət istiqamətləri üzrə müvəqqəti və daimi işçi qrupları iştirak edir.

Xəbər lenti

Xəbər lenti