...

IV maddə üzrə icmalın aparılması üçün BVF missiyasının Azərbaycana səfər tarixi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2007 14:09 (UTC +04:00)

Fevralın 14-dən 28-dək Yaxın Şərq və Orta Asiya ölkələri ilə iş üzrə Departamentin direktor müavini Vitaliy Kramarenkonun başçılığı ilə Beynəlxalq Valyuta Fondunun (BVF) geniş missiyası Bakıya səfər edəcək. BVF-in Bakı nümayəndəliyinin başçısı Bazel Zavoykonun bazar ertəsi Trend ə verdiyi xəbərə görə, səfərin başlıca məqsədi "BVF haqqında" Sazişin IV maddəsi üzrə icmalın aparılmasıdır.

Lakin əsas müzakirə mövzularından biri Azərbaycan Tarif Şurasının kommunal xidmətlər və enerji daşıyıcılarının qiymətlərinin qaldırılması haqqında qərarı olacaq. B.Zavoykonun fikrincə, missiya bu yüksəlmənin təsiri ilə bağlı bütün məsələlərə toxunacaq.

"Bundan başqa, Azərbaycan höküməti ilə gələcək əməkdaşlıq proqramının müzakirə edilmə ehtimalı istisna olunmur. Doğrudur, ölkənin Valyuta Fondunun kreditləri ilə dəstəklənməsi artıq gündəlikdə deyil, çünki Azərbaycanın belə güclü ödəniş balansı var", -deyə B.Zavoyko hesab edir.

Bununla yanaşı, BVF privintiv Stand-by proqramı çərçivəsində bir variantı nəzərdən keçirir, lakin onu hökümətə təqdim etmək hələ tezdir. "Biz hələ bu proqram çərçivəsində Azərbaycan höküməti ilə danışıqlara başlamamışıq və mən düşünürəm ki, hələ tezdir, belə ki, ölkə höküməti hələ maliyyə vəziyyətinin yeni mərhələsi ilə mənimsənilir", - deyə nümayəndəliyin başçısı bildirib.

Hökümət icmalların kreditlərin ayrılması ilə müşayiət olunmasından imtina edib və hazırda BVF ilə əməkdaşlıq məsləhətləşmələr çərçivəsində qurulur, bu isə həm də proqramlar əsasında həyata keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti