...

Dövlət baytarlıq xidməti: Monitorinq Azərbaycanda "quş qripi" virusu aşkar etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2007 18:36 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə son monitorinq zamanı götürülmüş nümunələrin yoxlanması yanvarın 27-də başa çatıb. Trend Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə istinadən xəbər verir ki, monitorinq zamanı çöl quşlarının 37 çöl quşu başının, 38 ev quşu başının və müxtəlif təsərrüfatlardan gətirilmiş 690 quş qanı nümunəsinin patoloji materialları toplanıb.

Nümunələrin heç birində "quş qripi" virusu daşıyıcısı aşkar olunmayıb.

Bununla bağlı dövlət xidməti yenə də ev quşlarının qapalı yerdə saxlanmasını məqsədəuyğun hesab edir və bildirir ki, çöl quşlarının ovu, satışı və ətindən istifadəyə qoyulan qadağa qüvvədə qalır. Buna baxmayaraq, keçirilmiş reydlər zamanı aşkar olunub ki, Lənkəran rayonunun Qumbaşı, Masallı rayonunun Təzəkənd kəndlərində və yaxın kəndlərdə brakonyerlər hələ də çöl quşlarının ovu və satışı ilə məşğuldur. Bu yolverilməzdir, çünki alınmış məhsullar virus daşıyıcısı ola bilər.

Xəbər lenti

Xəbər lenti